Türkiyə Prezidenti sabah Yunanıstana rəsmi səfərə gedəcək
Bakı, 6 dekabr, AZƏRTAC
Prezident Rəcəb Tayyib Ərdoğan Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisin dəvəti ilə və Türkiyə-Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının Beşinci Toplantısında iştirak etmək üçün sabah Yunanıstana rəsmi səfər edəcək.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Afinada Prezident Ərdoğan və Baş nazir Mitsotakisin sədrliyi və əlaqədar nazirlərin iştirakı ilə keçiriləcək iclasda Türkiyə-Yunanıstan münasibətləri bütün sahələrdə nəzərdən keçiriləcək. İki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün imkanlar müzakirə olunacaq.
Səfər çərçivəsində ikitərəfli münasibətlərin hüquqi əsaslarının gücləndirilməsinə yönəlmiş müxtəlif saziş və memorandumların imzalanması da nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [19:12]
Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək
- 06.10.2026 [18:15]
Rusiyanın neft və qaz gəlirləri azalıb
- 06.10.2026 [17:58]
ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir
- 06.10.2026 [17:47]
Macarıstanda büdcə kəsirinin artımı zəifləyib
- 06.10.2026 [17:42]
Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır
- 06.10.2026 [17:36]