TÜRKİYƏ QƏZETLƏRİNİN SƏHİFƏLƏRİNDƏ
Prezident İlham Əliyevin nitq və çıxışlarından sitatları, mətbuat konfransında suallara verdiyi cavabları oxuculara çatdıran türk jurnalistləri dövlət başçımıza göstərilən böyük maraq, hörmət və ehtiramı xüsusi vurğulamışlar. Onlar Prezident İlham Əliyevin yalnız Türkiyə kütləvi informasiya vasitələrinin deyil, İstanbula gələn xarici ölkə jurnalistlərinin də diqqət mərkəzində olduğunu, Qərbin bir çox nüfuzlu mətbuat orqanları nümayəndələrinin Azərbaycan Prezidentindən müsahibə almaq istədiyini nəzərə çarpdırmışlar. Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 26-da Çırağan sarayında “Qara dəniz üçün yeni bir Avratlantik strategiyası” adlı konfransda söylədiyi nitqin regional və beynəlxalq əhəmiyyət daşıdığını bildirmişlər.