TÜRKİYƏ RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB ƏHMƏD NECDƏT SEZƏRƏ
Hörmətli cənab Prezident,
Ankara və İstanbulda baş vermiş terror aktları nəticəsində insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi.
Biz terrorizmi qətiyyətlə pisləyir, onun bütün təzahürlərinə qarşı mübarizəni daim dəstəkləyirik.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirəm.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 24 iyun 2004-cü il.