TÜRKİYƏ RUSİYA İLƏ ƏMƏKDAŞLIĞI GENİŞLƏNDİRMƏYƏ ÇALIŞIR
AZƏRTAC xəbər verir ki, Türkiyənin nüfuzlu “Milliyyət” qəzeti dekabrın 2-də dərc etdiyi “Son 32 ildə ən yüksək səviyyədə səfər” sərlövhəli şərhində yazır: “Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə qarşıdakı səfəri ikitərəfli münasibətlərə təkan verəcəkdir. Rusiya Federasiyası ilə əməkdaşlığı genişləndirməyə çalışan Ankara da bu hadisəyə böyük əhəmiyyət verir”.
Şərhdə deyilir ki, “Rusiyanın Türkiyə ilə hələ bir çox həll edilməmiş problemləri var. Buna baxmayaraq, xarici siyasət sahəsində Ankaranın və Moskvanın bir çox mövqeləri üst-üstə düşür, yaxud bir-birinə olduqca yaxındır. Demək olar ki, münasibətlərimiz olduqca müsbət məcrada inkişaf edir”.
“Milliyyət” yazır ki, son vaxtlar iki ölkə arasında münasibətlər rəqabət mərhələsindən çoxşaxəli tərəfdaşlıq mərhələsinə keçmişdir. Vladimir Putinin qarşıdakı səfəri ikitərəfli əlaqələri xeyli genişləndirməyə və daha çoxşaxəli münasibətlərə çevirməyə və inkişaf etdirməyə imkan verəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]
Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]