Türkiyə Superliqası: "Beşiktaş" Sivasdan qələbə ilə qayıdır
Bakı, 8 fevral, AZƏRTAC
Futbol üzrə Türkiyə Superliqasında XXIII turun daha iki oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, günün ilk matçında "Kayserispor" öz meydanında "Konyaspor"a 3:2 hesabı ilə qalib gəlib.
Digər qarşılaşmada isə "Beşiktaş" səfərdə "Sivasspor"u 2 cavabsız qolla üstələyib. Qonaqların heyətində 43-cü dəqiqədə Əmirxan Topçu və 90+4-cü dəqiqədə penaltidən Joau Mario fərqlənib.
Bu qələbədən sonra xallarını 35-ə çatdıran "Beşiktaş" 5-ci pilləyə yüksəlib. "Sivasspor" isə 23 xalla 15-cidir.
Qeyd edək ki, turun açılış oyununda "Samsunspor" doğma meydanda "Hatayspor"u 2:0 hesabı ilə məğlub edib. Turun digər matçları fevralın 9-10-da keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [22:55]
Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır
- 01.10.2026 [22:41]
Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil
- 01.10.2026 [21:16]
FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib
- 01.10.2026 [19:13]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
- 01.10.2026 [19:09]