Türkiyə Superliqası: “Fənərbağça” öz meydanında “Fatih Karagümrük”ü məğlub edib
Bakı, 4 oktyabr, AZƏRTAC
Oktyabrın 3-də futbol üzrə Türkiyə çempionatının dördüncü turu çərçivəsində keçirilən qarşılaşmada "Başakşəhər" doğma meydanda “Göztəpə”ni qəbul edib.
AZƏRTAC xəbər verir ki, matçda qapılara qol vurulmayıb -0:0.
Günün digər matçında isə “Fənərbağça” “Fatih Karagümrük”ü qonaq edib. Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə meydan sahibləri 2:1 hesabı ilə qalib gəliblər. “Fənərbağça”nın hər iki qolunu Mbvana Samatta vurub. Qonaq komandanın heyətində isə Erik Sabo fərqlənib.
Gün ərzində keçirilən digər matçlarda isə “Yeni Malatyaspor” doğma divarlar arasında “Antalyaspor”u minimal hesabla məğlub edib. “Ərzurumspor” - “Rizəspor” görüşündə isə qapılara qol vurulmayıb - 0:0.
Turun digər oyunları aşağıdakılardır:
“Dənizlispor”-“Konyaspor”
“Alanyaspor”-“Hatayspor”
“Beşiktaş”-“Gənclərbirliyi”
“Kasımpaşa”-“Qalatasaray”.
Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. Dördüncü turda “Sivasspor” istirahət edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]