Türkiyə Superliqası: “Fənərbağça”nın oyununda “qol yağışı”
Bakı, 11 yanvar, AZƏRTAC
Futbol üzrə Türkiyə Superliqasında XVI turdan təxirə salınmış növbəti oyunlar keçirilib.
AZƏRTAC xəbər verir ki, ikinci oyun günündə daha dörd qarşılaşma baş tutub.
Günün ilk matçlarında “Hatayspor” “Qaziantep”lə qolsuz,”Adana Demirspor” isə “İstanbulspor”la 2:2 hesablı heç-heçə edib. “Karagümrük” “Kayserispor”a qalib gəlib - 4:1.
Digər oyunda isə “Fənərbağça” doğma meydanda “Konyaspor”u darmadağın edib. Səkkiz qolun vurulduğu görüşdə meydan sahibləri inamlı qələbə qazanıblar - 7:1. İstanbul nəhənginin heyətində Edin Ceko het-trik edib. Digər qolları isə Mert Müldür, Sebastian Şimanski, Mişi Batşuayi və Uğurcan Yazqılı (avtoqol) vurublar. Qonaqların heyətində isə Gilyerme fərqlənib.
Bu qələbə ilə xallarını 50-yə çatdıran “Fənərbağça” ilk pillədəki mövqeyini qoruyub. İkinci sırada 47 xala malik “Qalatasaray” qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]