Türkiyə Superliqası: “Trabzonspor” ardıcıl ikinci dəfə xal itirib
Bakı, 28 iyun, AZƏRTAC
Futbol üzrə Türkiyə çempionatının XXIX turu çərçivəsində keçirilən qarşılaşmada “Trabzonspor” doğma meydanda “Ankaragücü”nü qəbul edib.
AZƏRTAC xəbər verir ki, maraqlı keçən qarşılaşmada hesabı 3-cü dəqiqədə meydan sahiblərinin hücumçusu Aleksandr Sorlot açıb. Matçın 63-cü dəqiqəsində qonaqların futbolçusu Gerson Rodrigez vurduğu qolla hesaba tarazlıq gətirib - 1:1. Beləliklə, “Trabzonspor” Superliqada ardıcıl ikinci dəfə xal itirib.
Qeyd edək ki, Trabzon təmsilçiləri ötən turda “Alanyaspor”la 2:2 hesabı ilə heç-heçə edib.
Günün digər matçlarında “Göztəpə” - “Alanyaspor” komandaları hər biri üç qol vuraraq oyunu bərabərə yekunlaşdırıblar. “Fənərbağça” isə doğma meydanda “Yeni Malatyaspor”u 3:2 hesabı ilə məğlub edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:06]
Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:49]
Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq
- 07.10.2026 [17:30]
Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:17]
Fransanın tanınmış basketbol klubu müflis elan olunub
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]