Türkiyə Superliqasının VIII turuna start verilib
Bakı, 2 oktyabr, AZƏRTAC
Oktyabrın 1-də futbol üzrə Türkiyə çempionatının VIII turu çərçivəsində keçirilən qarşılaşmada “Fatih Karagümrük” doğma meydanda “Başakşəhər”i qəbul edib.
AZƏRTAC xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə meydan sahibləri rəqibini 3:1 hesabı ilə məğlub edib. “Fatih Karagümrük”ün qollarını Andrea Bertollacci (19, 30) və Yure Balkoveç (37) vurub. İstanbul təmsilçisinin heyətində isə Daniyel Aleksik fərqlənib.
Günün digər matçında isə “Adana Dəmirspor” səfərdə “Antalyaspor”u 2:1 hesabı ilə üstələyib.
Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 16 xalla “Fənərbağça” başçılıq edir. Ondan bir xal geri qalan “Trabzonspor” və “Altay” klubları müvafiq olaraq ikinci və üçüncü pillələrdə qərarlaşıb.
Turun növbəti oyunları oktyabrın 2-də və 3-də keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]