Türkiyədə baş verən yanğın 50-dək evə yayılıb
İstanbul, 17 mart, AZƏRTAC
Türkiyənin Artvin vilayətində baş verən yanğın ətrafdakı 50-dək evə yayılıb.
AZƏRTAC xəbər verir ki, hadisə şəhərin Yusufeli rayonunun Dereiçi kəndində baş verib. Evlərin birində başlayan yanğın küləyin təsirindən qısa vaxtda ətrafa yayılıb.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və təcilli tibbi yardım briqadaları cəlb olunub. Hazırda 50-dək evin yandığı bildirilir.
Yanğınla bağlı Türkiyənin Daxili İşlər Nazirliyindən verilən açıqlamada bildirilir ki, 170 ailənin yaşadığı kənddə baş verən yanğının qarşısının alınması üçün ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) əməkdaşları cəlb olunub.
Xəsarət alanlarla bağlı hələ ki, məlumat yoxdur.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [16:21]
LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib
- 10.06.2026 [16:15]
XİN: Çin İran məsələsində atəşkəsin tərəfdarıdır
- 10.06.2026 [15:47]
Tramp İrana yeni zərbələr endirməyə hazır olduğunu bildirib
- 10.06.2026 [15:39]
Pakistanda hərbi helikopter qəzaya uğrayıb, bütün ekipaj həlak olub
- 10.06.2026 [15:09]
İsraildə xərçəngin böyüməsini ləngidən nanohissəciklər yaradılıb
- 10.06.2026 [14:57]