Türkiyədə baş vermiş zəncirvari yol qəzası nəticəsində ölən və yaralananlar var
İstanbul, 12 mart, AZƏRTAC
Türkiyənin Bursa vilayətinin Kestel rayonunda, Bursa-Ankara magistralında zəncirvari avtomobil qəzası baş verib.
Sürət həddini aşan və əyləcində nasazlıq yaranan qoşqulu yük maşını yolun əks istiqamətinə keçərək təxminən 20 avtomobillə toqquşub.
İlkin məlumata əsasən, qəza nəticəsində üç nəfər həlak olub, iyirmidən çox yaralı var.
Bölgəyə təcili tibbi briqadalar və xilasedici qruplar cəlb olunub.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]