Türkiyədə COVID-19 peyvəndinin ilkin sınaqlarına başlanılıb
İstanbul, 23 sentyabr, AZƏRTAC
Türkiyədə COVID-19-a qarşı peyvəndin sınaqlarına başlanılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Hacettepe Universitetinin professoru Murat Gökova məlumat verib. Bildirilib ki, ilkin mərhələdə peyvənd yüksək yoluxma riski altında olan 20 könüllü səhiyyə işçisinə tətbiq edilib. Ötən həftə peyvənd edilən şəxslərdə indiyədək heç bir mənfi təsir aşkarlanmayıb. Professor adı çəkilən universitetdə daha 1200 tibb işçisinə peyvəndin tətbiq olunacağını, bu həftədən etibarən başda İstanbul olmaqla ölkənin bir çox tibb müəssisələrində peyvəndləmə işlərinə başlanılacağını deyib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]
Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]
Yaponiyada H3 raketinin növbəti buraxılışı təxirə salınıb
- 09.06.2026 [15:30]
Filippindəki zəlzələ 145 mindən çox insana təsir göstərib
- 09.06.2026 [15:20]