Türkiyədə erməni terror təşkilatının qətlə yetirdiyi diplomatın xatirəsi anılır
Bakı, 24 sentyabr, AZƏRTAC
Bu gün Türkiyə ictimaiyyəti 1981-ci ildə erməni ASALA təşkilatı tərəfindən vəhşicəsinə qətlə yetirilmiş diplomatlardan birinin - Camal Özənin xatirəsini anır.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu anım günü ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyinin Twitter səhifəsində yerləşdirilmiş bəyanatda deyilir: “Biz təhlükəsizlik məsələləri üzrə attaşe, şəhid Camal Özənin xatirəsini ehtiramla anırıq. O, 1981-ci il sentyabrın 24-də Parisdə ASALA terror təşkilatı tərəfindən qətlə yetirilmişdir”.
Qeyd olunur ki, 1975-ci ildə yaradılmış ASALA erməni terror təşkilatı yüzlərlə insanın qətlə yetirildiyi qanlı terror aktları törədib. Belə ki, 1975-ci ildən 1984-cü ilədək erməni terrorçularının əsas hədəfi Türkiyənin dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən səfirləri və diplomatları olub. ASALA-nın həmin dövrdə törətdiyi terror aktlarında 30 türk diplomatı və rəsmi şəxs öldürülüb.
Ermənilərin terror aktlarının daha da intensiv olduğu 1980-1983-cü illərdə 700 terror aktı törədilib və 1986-cı ildə onlara son qoyulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]