Türkiyədə ev alan əcnəbilər arasında rusiyalılar liderdir
Bakı, 15 dekabr, AZƏRTAC
Rusiyalılar noyabr ayında Türkiyədə 637 mənzil alıblar ki, bu da xarici ölkə vətəndaşları arasında ən yüksək göstəricidir.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Milli Statistika İnstitutu məlumat yayıb. Rusiyalılar ardıcıl olaraq ikinci ildir ki, həmin siyahıda ilk yeri tutur.
Rəsmi statistikaya görə, noyabrda Türkiyədə mənzil alan əcnəbilərin siyahısında ikinci yerdə İran vətəndaşları (234 mənzil), üçüncü yerdə ukraynalılar (128 mənzil), dördüncü yerdə isə qazaxıstanlılar (117 mənzil) qərarlaşıb.
Ümumilikdə isə son bir ay ərzində əcnəbilər Türkiyədə 2 min 342 daşınmaz əmlak alıblar ki, bu da ötənilki göstəricidən 61,5 faiz azdır. Xarici ölkə vətəndaşları mənzil alarkən ən çox kurort zonası olan Antalyaya üstünlük verirlər. Orada 790, İstanbulda 710, Mersində isə 316 ev alınıb.
Departamentin məlumatına görə, noyabrda Türkiyədə ümumilikdə 93 min 514 mənzil satılıb. Bu göstərici, 2022-ci ilin analoji dövrü ilə müqayisədə 20,6 faiz azalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:41]
Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb
- 07.10.2026 [15:02]
Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb
- 07.10.2026 [15:01]
Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb
- 07.10.2026 [14:58]
Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb
- 07.10.2026 [14:52]
ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq
- 07.10.2026 [14:47]
Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib
- 07.10.2026 [14:18]