Türkiyədə futbol azarkeşlərini daşıyan avtobusun qəzaya düşməsi nəticəsində 2 nəfər ölüb
Bakı, 2 mart, AZƏRTAC
Türkiyədə “Antalyaspor”la səfər matçından qayıdan “Ankaragücü” futbol klubunun azarkeşlərini daşıyan mikroavtobusun başqa bir avtomobillə toqquşması nəticəsində baş vermiş yol-nəqliyyat qəzasında 2 nəfər ölüb, 23 adam yaralanıb.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, qəza Afyonkarahisar vilayətinin Sinanpaşa rayonunda baş verib. Xəstəxanaya çatdırılan yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir. Qəzaya səbəb olan avtomobilin sürücüsü saxlanılıb.
Türkiyənin gənclər və idman naziri Məhmət Məhərrəm Kasapoğlu “Ankaragücü” futbol klubunun rəhbərliyinə zəng edərək başsağlığı verib, yaralılara tezliklə sağalmalarını arzulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]