Türkiyədə İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı ilk məhkəmə iclası başlayıb
İstanbul, 9 mart, AZƏRTAC
Türkiyədə İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sabiq sədri Əkrəm İmamoğlunun da aralarında olduğu 402 təqsirləndirilən şəxs barəsində açılan məhkəmə işinin ilk iclası bu gün keçirilir.
AZƏRTAC xəbər verir ki, aprelin sonuna qədər həftənin 4 günü davam edəcək prosesə “korrupsiya” iddiası ilə mühakimə olunan 407 nəfər cəlb olunub. Onlardan 107-si həbsdə, 7-si isə axtarışdadır.
Bu gün səhər saatlarında başlayan və gərginliklə davam edən iclasa fasilə verilib.
Qeyd edək ki, iddanaməyə əsasən, Əkrəm İmamoğlunun rəhbərlik etdiyi təşkilati quruluş şəhərin Beylikdüzü Bələdiyyəsinə sədrlik dövründə başlayıb, Böyükşəhər Bələdiyyəsinə rəhbərliyi zamanı isə genişlənib. 142 müxtəlif əmələ görə məsul tutulduğu bildirilən İmamoğlu haqqında 2352 ilə qədər həbs cəzası tələb olunur. İstintaq prosesi zamanı 15 nəfər gizli şahid qismində izahat verib.
Günel Karatepe
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [14:21]
Çin sınaq peykini kosmosa göndərib
- 11.06.2026 [14:02]
Rusiya səfirliyi Gümrüdə memorialın təhqir olunmasını pisləyib
- 11.06.2026 [13:53]
Bolqarıstan Səhiyyə Nazirliyi: Ölkədə 300 uşaq qızılcaya yoluxub
- 11.06.2026 [13:36]
Böyük Britaniyada “Ryanair” aviaşirkəti ilə bağlı araşdırma başlanıb
- 11.06.2026 [13:35]
Ankara yunan Kipri ilə Fransa arasında hərbi sazişi pisləyib
- 11.06.2026 [13:25]
Şimali İrlandiyada iğtişaşlar zamanı 12 polis yaralanıb
- 11.06.2026 [13:13]