Türkiyədə sel və daşqınlar Ankara və İstanbuldan Konya istiqamətində qatarların hərəkətini dayandırıb
Ankara, 4 iyul, AZƏRTAC
Əlverişsiz hava şəraiti Türkiyənin əksər bölgələrində ciddi problemlər yaratmaqda davam edir. Sel və daşqınlar nəqliyyatın, o cümlədən qatarların hərəkətinə də problemlər yaradıb.
AZƏRTAC xəbər verir ki, iyulun 3-nə proqnozlaşdırılan güclü yağış və külək Ankarada da fəsadlara səbəb olub. Türkiyə Dövlət Dəmir Yolları İdarəsinin məlumatına görə, Ankara-Konya sürətli qatar xəttinin Sarayönü hissəsi sular altında qalıb. Bu səbəbdən Ankara-Konya, İstanbul-Konya və əks istiqamətlərdə qatarların hərəkəti dayandırılıb. Hazırda təbii fəlakət bölgəsinə xilasedici və bərpa briqadaları cəlb olunub. Su altında qalan dəmir yolunda qatarların hərəkətinin təhlükəsizliyi bərpa olunandan sonra qatarların işləməsinə icazə veriləcək.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [20:48]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]