SİYASƏT
Türkiyədəki həmvətənlərimizin seçkilərə yüksək marağı müşahidə olunur VİDEO
![](/files/galleryphoto/2024/1/1200x630/17073078514083811271_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/1707307851868641028_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/1707307851172283848_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/17073078511545511276_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/17073078513442849059_1200x630.jpeg)
İstanbul, 7 fevral, AZƏRTAC
Azərbaycanın Türkiyədəki diplomatik nümayəndəliklərində təşkil olunan məntəqələrdə həmvətənlərimizin seçkilərə yüksək marağı müşahidə edilir.
AZƏRTAC xəbər verir ki, Türkiyənin müxtəlif bölgələrində yaşayan azərbaycanlılar səhər saatlarından başlayaraq xüsusi ayrılmış avtobuslarla və səyyar avtomobilləri ilə seçki məntəqələrinə gələrək səs verirlər.
Azərbaycanın Türkiyədəki səfirliyində 46 və 47, İstanbuldakı Baş konsulluğunda 53 və 54, Qarsdakı Baş konsulluğunda isə 55 saylı seçki məntəqələri yaradılıb.
Türkiyədə daimi və ya müvəqqəti yaşayan, uzunmüddətli ezamiyyətdə və ya ümumiyyətlə, hazırda Türkiyədə olan 18 yaşına çatmış, aktiv seçki hüququna malik Azərbaycan vətəndaşları yerli vaxtla saat 19:00-dək seçki məntəqələrinə gələrək səsvermə hüququnu həyata keçirə bilərlər.
Səsvermə prosesi Azərbaycan Respublikasının Konstitusiyasına, Seçki Məcəlləsinə və bu sahədəki digər qanunvericilik aktlarına uyğun aparılır. Məntəqələr lazımi əyani vəsaitlərlə təmin edilib, səs verən seçicilərin siyahısı tərtib olunub.