Türkiyədən qanunsuz yollarla Yunanıstana keçmək istəyən 40 nəfər saxlanılıb
İstanbul, 23 sentyabr, AZƏRTAC
Türkiyənin Edirne şəhərinin Enez rayonu sahillərinə yaxın bölgədə qayıqla qanunsuz olaraq Yunanıstana keçmək istəyən 40 nəfər saxlanılıb.
AZƏRTAC xəbər verir ki, ölkənin Sahil Mühafizə Xidmətinin əməkdaşları tərəfindən saxlanılanların Əfqanıstan və İran vətəndaşları olduqları müəyyən edilib. Onlardan 15-i uşaq, 10-u qadındır.
Köçkünlər həkim müayinəsindən keçirildikdən sonra aidiyyəti qurumlara təhvil veriliblər.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]