Türkiyəli bank mütəxəssisləri Mərkəzi Bankın əməkdaşlarına təlim keçəcək
Bakı, 29 avqust, AZƏRTAC
Avqustun 31-də Türkiyə Kapital Bazarları Şurası ilə Azərbaycan Mərkəzi Bankı arasında texniki dəstək və əməkdaşlıq proqramının icrasına başlanacaq.
AZƏRTAC Türkiyə mətbuatına istinadla xəbər verir ki, proqramda Kapital Bazarları Şurasının peşəkar heyəti Azərbaycan Mərkəzi Bankının işçilərinə müxtəlif mövzularda, o cümlədən “Türkiyə maliyyə bazarlarında Kapital Bazarları Şurasının mövqeyi”, “Türkiyənin kapital bazarlarında banklar”, “İnvestisiya xidmətləri və fəaliyyət sahələri daxilindəki banklar”, “Kollektiv İnvestisiya İdarəetməsi çərçivəsində banklar”, “Türkiyədə faizsiz bankçılıq”, “Kapital bazarları vasitəsilə faizsiz maliyyələşdirmə” və sair mövzularda təlimlər keçəcək.
Təlimin açılışında Türkiyə Kapital Bazarları Şurasının sədri Əli Fuat Taşkesenlioğlu çıxış edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]