TÜRKİYƏLİ GƏNCLƏR BDU-DA TƏHSİL ALACAQLAR
Bakı Dövlət Universitetində təhsil almaq üçün daha 176 türkiyəli gənc respublikamıza gəlmişdir.
BDU-dan AZƏRTAC-a bildirmişlər ki, həmin gənclərin təhsil alması üçün bu ali məktəbdə hər cür şərait yaradılmışdır.