Türkiyənin "Qalatasaray" klubu kolumbiyalı hücumçu ilə yollarını ayırıb
Bakı, 1 sentyabr, AZƏRTAC
Türkiyənin “Qalatasaray” klubu kolumbiyalı hücumçu Radamel Falkao ilə yollarını ayırıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, hücumçunun müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib. “Football Espana” nəşrinin məlumatına görə, 35 yaşlı futbolçu artıq İspaniyanın "Rayo Vallekano" klubuna keçməyə razılıq verib. Onun "Rayo Vallekano" ilə müqaviləsinin iki mövsüm davam edəcəyi bildirilib.
Qeyd edək ki, R.Falkao 2019-cu ilin yayından "Qalatasaray"ın heyətində çıxış edib. Bu müddət ərzində o, Türkiyədə keçirdiyi 43 matçda 20 qol vurub, 3 məhsuldar ötürmə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]