Türkiyənin hökumət nümayəndələri Artvin bölgəsində yanan kəndə baş çəkiblər
Ankara, 19 mart, AZƏRTAC
Türkiyənin daxili işlər naziri Süleyman Soylu, ətraf mühit və şəhərsalma naziri Murat Kurum Artvin vilayətinin Yusifəli rayonunda genişmiqyaslı yanğının baş verdiyi Dərəiçi kəndində olublar.
AZƏRTAC xəbər verir ki, fəlakət bölgəsində vəziyyətlə maraqlanan nazirlər evsiz qalan insanlara kömək üçün atılacaq addımları, bərpa məqsədilə görüləcək tədbirləri müzakirə ediblər. Hökumət üzvləri sakinlərlə görüşüb, onların problemlərini dinləyiblər. Hadisədən zərər görmüş sakinlərin problemlərinin dövlət tərəfindən həll olunacağı bildirilib.
Əhaliyə məlumat verilib ki, zərəri qarşılamaq və ilkin ehtiyacları ödəmək üçün Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) 1 milyon (təxminən 130 min ABŞ dolları), Əmək və Sosial Xidmətlər Nazirliyi isə 1,5 milyon (200 min dollar) türk lirəsi məbləğində vəsait ayırıb. Evi yanan şəxslərin bank hesabına ilkin mərhələdə 15 min lirə (2 min dollar) məbləğində pul yatırılacaq.
Xatırladaq ki, martın 17-də bu kənddə baş verən yanğın nəticəsində 52-si ev, 60-ı tövlə olmaqla ümumilikdə 193 tikiliyə ziyan dəyib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:14]