Türkiyənin “Oruç Reis” gəmisinin Somalidəki seysmik araşdırması başa çatıb
İstanbul, 12 iyun, Günel Karatepe, AZƏRTAC
2024-cü il oktyabrın 25-dən etibarən Somali sularında fəaliyyət göstərən Türkiyənin “Oruç Reis” seysmik araşdırma gəmisi 234 gün davam edən vəzifəsini uğurla başa çatdırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar açıqlayıb.
Bildirilib ki, üç blokda aparılan işlər çərçivəsində ümumilikdə 4 464 kvadrat kilometrlik ərazidə 3 ölçülü seysmik məlumatlar toplanıb.
Bu il iyunun 15-də Moqadişo limanından ayrılaraq Türkiyəyə qayıdacaq “Oruç Reis”in bu missiyada əldə etdiyi məlumatlar qarşıdakı dövrdə Somaliyə məxsus dəniz yurisdiksiyası sahələrinin qiymətləndirilməsində rol oynayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [21:20]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [20:02]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [19:06]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [16:47]