Türkiyənin qida mütəxəssisləri ilə görüşdə heyvan sağlamlığı ilə əlaqədar məsələlər müzakirə olunub
Bakı, 20 aprel, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyində Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Qida və Nəzarət Mərkəzi İdarəsinin mütəxəssisləri ilə görüş keçirilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı, yoluxucu heyvan xəstəliklərinə qarşı mübarizə tədbirləri ilə əlaqədar fikir mübadiləsi aparılıb, həmçinin ölkəmizdə heyvan sağlamlığının təmin olunması sahəsində qurulacaq yeni Heyvanların İdentifikasiyası və Qeydiyyat Sistemi (HİQS) ilə əlaqədar məsələlər müzakirə olunub.
Qardaş ölkədən gələn nümayəndə heyətinin üzvləri ilə ölkəmizdəki baytarlıq laboratoriyaları, heyvandarlıq təsərrüfatları, heyvan kəsimi məntəqələrinin fəaliyyəti, həmçinin heyvan sağlamlığı və yoluxucu heyvan xəstəlikləri ilə mübarizə tədbirləri sahəsində əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb. İki ölkənin mütəxəssisləri Türkiyə Respublikasının Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi (HİQS) ilə əlaqədar məsələləri müzakirə ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]