DÜNYA
TÜRKMƏNİSTAN ABŞ-LA ƏMƏKDAŞLIĞA MARAQLIDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, rəsmi Aşqabad Xəzər dənizinin Türkmənistan sektorunda karbohidrogen ehtiyatlarının mənimsənilməsi ilə bağlı layihələrə ABŞ sərmayə və texnologiyalarının cəlb edilməsində maraqlıdır. Bu haqda Türkmənistan prezidenti Saparmurad Niyazov ABŞ-ın bu ölkədəki səfiri xanım Treysi Cekobson ilə görüşündə bildirmişdir. O demişdir ki, türkmən şagirdlərinin ingilis dilini öyrənməsi üçün xüsusi tədris layihələrinin hazırlanması günün tələbidir və biz ABŞ-ın “Sülh naminə” humanitar təşkilatının bu sahədə fəaliyyətini yüksək qiymətləndiririk.
Səfir Treysi Cekobson görüşdən sonra jurnalistlərə bildirmişdir ki, ABŞ Türkmənistanla əsasən təhsil, təhlükəsizlik və insan hüquqları sahələrində münasibətlər qurur. Biz Türkmənistanla insan hüquqlarının qorunması sahəsində xüsusi əməkdaşlıq etməyi planlaşdırırıq.