TÜRKMƏNİSTAN PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB SAPARMURAD NİYAZOVA
Milli bayramınız - Müstəqillik günü münasibətilə Sizi və dost Türkmənistan xalqını Azərbaycan xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.
Əminəm ki, Azərbaycanla Türkmənistan arasında dostluq, əməkdaşlıq və mehriban qonşuluq münasibətləri xalqlarımızın rifahı naminə, regionda sülh və sabitlik naminə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dövləti fəaliyyətinizdə uğurlar, Türkmənistan xalqına isə firavanlıq və tərəqqi arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 oktyabr 2004-cü il.