TÜRKMƏNİSTAN QAZAXISTANLA SƏRHƏDİNDƏ TİKANLI MƏFTİL ÇƏKƏCƏK
Türkmənistan və Qazaxıstan sərhədin delimitasiyası və demarkasiyası haqqında müqaviləni 2001-ci ilin iyulunda imzalamışlar. Niyazov sərhədyanı kəndlərin sakinlərinin Türkmənistan-Qazaxıstan sərhədini keçməsi məsələsinə toxunaraq, artıq Türkmənistan-Özbəkistan sərhədində qüvvədə olan sadələşdirilmiş keçid formasının tətbiq edilməsinin tərəfdarı olduğunu bildirmişdir. Hazırda həmin sahədə də nəzarət - iz zolağı və tikanlı məftil çəkilir.
Türkmənistanda yaşayan özbəklər ölkə əhalisinin 9, qazaxlar isə 2 faizini təşkil edirlər. Sadələşdirilmiş keçid 6 dollar məbləğində konsul rüsumu ödənilməsini və qonşu ölkəyə gedənin orada beş gün qaldıqdan sonra geri qayıtmasını nəzərdə tutur.