TÜRKMƏNİSTANDA “RUHNAMƏ” UNİVERSİTETİ AÇILACAQ
“Ruhnamə” S.Niyazovun tarixi-fəlsəfi kitabıdır. Nəşrin birinci cildi 2001-ci ildə buraxılmışdır. O vaxtdan üzərində Türkmənistanın birinci Prezidentinin şəkli olan çəhrayı-yaşıl rəngli kitab rəsmən türkmən xalqının müqəddəs kitabı elan olunmuşdur. Ölkədə və regionda ən iri məscidin girəcəyində “Ruhnamə” müqəddəs kitabdır, Quran Allah kitabıdır” sözləri yazılmışdır.
“Ruhnamə” orta məktəblərdə ayrıca fənn kimi öyrənilir. Türkmənistanın bütün müəssisə və təşkilatlarında attestasiya zamanı “Ruhnamə”nin məzmununu bilmək vacibdir. Kitab 30 dildə, ümumən 1 milyon nüsxədən çox tirajla çap olunmuşdur. 2004-cü ildə Türkmənistan Prezidenti kitabın indiki və gələcək nəsillərə nəsihət və tövsiyələrdən ibarət 2-ci cildini nəşr etdirmişdir. Parlamentin qərarı ilə 2005-ci il Türkmənistanda “Ruhnamə” ili elan edilmişdir.
Prezidentin sözlərinə görə, 2010-cu ilədək Tibb Universitetinin yeni binası da inşa ediləcəkdir. Hazırda Türkmənistanda 16 ali məktəb fəaliyyət göstərir.