TÜRKPA: Qondarma “prezident seçkiləri” regionda sülh və sabitliyə zərbədir
Bakı, 10 sentyabr, AZƏRTAC
Bu təxribat xarakterli addım beynəlxalq hüququn norma və prinsiplərinin, habelə Azərbaycan Respublikasının Konstitusiyasının və qanunvericiliyinin kobud şəkildə pozulması ilə yanaşı, regionda sülh və sabitlik, Qarabağ bölgəsinin erməni əsilli sakinlərinin reinteqrasiyası səylərinə zərbədir.
AZƏRTAC xəbər verir ki, bu barədə Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Katibliyinin sentyabrın 9-da Ermənistan tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaradılmış qanunsuz rejimin təşkil etdiyi qondarma “prezident seçkiləri”nə dair bəyanatında deyilir.
“TÜRKPA Katibliyi qardaş Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına ən güclü dəstəyini bir daha vurğulayaraq, regionda normallaşma səylərinə təhlükə yarada biləcək hər hansı addımdan çəkinməyə çağırır”, - bəyanatda vurğulanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:38]
Böyük Qayıdış: Daha 19 ailə Xocalı və Ağdərəyə qayıdıb
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [13:00]