TÜSİAB KİMSƏSİZLƏRƏ YARDIM ETMİŞDİR
Azərbaycan–Türkiyə Sənayeçi və İş Adamları Birliyi (TÜSİAB) kollektivinin bu əziz günlərdə imkansız, kimsəsiz adamlarla görüşü, onların qayğı və problemləri ilə maraqlanması ənənə halını almışdır. Oktyabrın 31-də Xətai rayonunda yaşayan tənha və kimsəsizlərlə, Qarabağ müharibəsində şəhid olanların ailə üzvləri ilə keçirilən görüş də TÜSİAB-ın uzun illərdən bəri formalaşan humanist prinsiplərinin əyani ifadəsinə çevrilmişdir.
Görüşdə bildirildi ki, birlik imkansız, sosial qayğıya ehtiyacı olanların bir sıra zəruri məişət problemlərinin həllinə həmişə yardımçı olacaqdır. Sonra dəvət olunanlara TÜSİAB-ın sovqatları çatdırıldı. Müqəddəs Ramazan bayramının bəsirətindən hər kəsin qəlbinə işıq çiləndi.