ÜAK VƏ MOSKVA HÖKUMƏTİ BOŞ İŞ YERLƏRİ YARMARKASI KEÇİRMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri bildirir ki, sentyabrın 19-da Moskvadakı Mərkəzi Sahibkarlar Evində Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK), Moskva Hökumətinin Regionlararası məsələlər və milli siyasət komitəsi və Moskva İnformasiya-İşgüzar Mərkəzi ilə birgə təşkil etdiyi boş iş yerləri yarmarkası keçirilmişdir.
ÜAK İcra Aparatının rəhbəri Eldar Quliyev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, yarmarkada Moskvanın və Moskva vilayətinin onlarca idarə və müəssisəsini təmsil edən işəgötürənlər iştirak etmişlər. Onlar iqtisadiyyatın müxtəlif sahələrində geniş spektrli ixtisaslar üzrə müxtəlif vakansiyalar təklif etmişlər. Yarmarkaya onlarca azərbaycanlı miqrant, eləcə də başqa ölkələrdən gəlmiş işaxtaranlar müraciət etmişlər.
Eldar Quliyev demişdir: “Moskva hökuməti ilə birgə keçirdiyimiz bu ilk tədbir xeyli soydaşımızın iş yeri tapmasına və çoxsaylı variantlar arasında seçim etməsinə imkan vermişdir. ÜAK-ın Moskva hökumətinin qurumları ilə keçirdiyi bu birgə aksiya daha sıx əməkdaşlığın təməlini qoymuşdur. Biz bu praktikanı davam etdirəcəyik. Yaxın vaxtlarda Konqresin Moskva regional bölməsinin yerləşdiyi “Bakı” kinoteatrında buna oxşar daha bir aksiya keçirilməsi barədə razılıq əldə olunmuşdur. Bu məqsədlə məhz “Bakı”nın seçilməsi təsadüfi deyildir, çünkı həmvətənlərimizin çoxu bu yeri yaxşı tanıyır və Konqresin Moskva bölməsi ilə daim əlaqə saxlayırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.06.2026 [19:28]
İsveçdə Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
- 26.05.2026 [19:44]
Azərbaycan Bayrağının rəngləri Niaqara şəlaləsində
- 25.05.2026 [12:17]
Tarixi Darvin Kollecində 28 May – Müstəqillik Gününə həsr olunan tədbir
- 19.05.2026 [16:24]