Üç nəfər azərbaycanlı Qazaxıstanın nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb
Bakı, 4 sentyabr, AZƏRTAC
Azərbaycanın və Qazaxıstanın Təhsil nazirlikləri arasında uğurlu əməkdaşlığın nəticəsi olaraq, ümumilikdə 3 nəfər azərbaycanlı 2020-2021-ci tədris ili üzrə Qazaxıstanın nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, müvafiq sazişə əsasən, seçim barədə Qazaxıstan Respublikası tərəfindən verilən yekun qərar nəticəsində Azərbaycan vətəndaşları Abay Qazax Milli Pedaqoji Universiteti, L.N.Qumilyov adına Avrasiya Milli Universiteti və Al-Farabi adına Qazax Milli Universitetində pedaqogika, dizayn, maliyyə ixtisas istiqamətləri üzrə təhsil almaq hüququ əldə ediblər.
Xatırladaq ki, müvafiq təqaüd proqramı barədə elan bu il martın 4-də verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:05]
AzTU-nun rektoru “ADEX 2026” sərgisində universitetin stendini ziyarət edib
- 02.10.2026 [19:02]
Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib
- 02.10.2026 [18:45]
Muzeydə Səməd Vurğun yaradıcılığına həsr olunmuş elmi seminar
- 02.10.2026 [18:31]
DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb
- 02.10.2026 [17:55]