Azərbaycan Dövlət İnformasiya Agentliyi

Üçrəngli bayrağımız Azərbaycan Ordusunun şanlı tarix yazmasına şahidlik edir

Üçrəngli bayrağımız Azərbaycan Ordusunun şanlı tarix yazmasına şahidlik edir

Bakı, 9 noyabr, AZƏRTAC

Məlum olduğu kimi, dövlətimizin başçısı İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli Sərəncamı ilə hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycanın müstəqilliyinin, suverenliyinin rəmzi olan bayrağımız, eyni zamanda, sevincimizin ilk şahidi, qələbə müjdəçisidir. Harada və nə vaxt səslənməsindən asılı olmayaraq hər birimizin qəlbini riqqətə gətirən, ürəyimizdə xoş duyğular oyadan Azərbaycanın Dövlət Himnində də ölkə vətəndaşlarına müqəddəs üçrəngli bayrağımızla məsud yaşamaq, xalqımıza daim ucalmaq amalı arzulanır. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin böyük qürur hissi və fəxrlə qeyd etdiyi kimi, dövlət bayrağımız milli azadlığa, milli oyanışa, milli ruhun canlanmasına bələdçı, çağırışdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə söyləyib.

V.Rəhimzadə bildirib ki, 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın bütün sahələrdə qazandığı uğurlar dövlət bayrağımızın daim yüksəklərdə dalğalanması ilə müşayiət olunur: “Ümummilli Liderin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində 1993-2003-cü illərdə görülən işlər qarşıya qoyulan hədəflərin reallıqda öz əksini tapmasını təsdiqləyir. Həmin dövrdə müstəqillik yollarında ilk kövrək addımlarını atan dövlətin qarşısında dayanan vəzifələrə uyğun olaraq ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi, üçrəngli bayrağımızın azadlığımızın və suverenliyimizin rəmzi kimi BMT-nin, Avropa Şurasının, üzvü olduğumuz digər beynəlxalq təşkilatların, Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin qarşısında dalğalanması həqiqətlərimizin təbliğinə geniş imkanlar açmışdır”.

Baş redaktor cəmi 29 illik müstəqillik tarixinə malik Azərbaycanın zəfərlər və qələbələrlə dolu son 27 ilinin bilavasitə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin adı ilə bağlı olduğunu, bu müddətdə aylı-ulduzlu, üçrəngli bayrağımızın dünyanı dolaşdığını diqqətə çatdırıb: “Xüsusilə son 17 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində üçrəngli bayrağımız Azərbaycanın beynəlxalq aləmdə iqtisadi möcüzələr diyarı, demokratik ölkə kimi tanınmasına, dünyanın iqtisadi, siyasi, humanitar mərkəzinə çevrilməsinə, hər sahədə təcrübəsinin nümunə olmasına, eyni zamanda, Müzəffər Ali Baş Komandanın yenilməz sərkərdəlik bacarığı, qətiyyəti, sarsılmaz siyasi iradəsi əsasında rəşadətli Azərbaycan Ordusunun təcavüzkar Ermənistanın 30 ilə yaxın müddətdə işğal altında saxladığı doğma Qarabağ torpaqlarımızı bir-birinin ardınca yağı düşməndən təmizləməklə şanlı tarix yazmasına şahidlik edir. Əgər 2016-cı ildən Azərbaycanın üçrəngli bayrağı işğaldan azad edilmiş Qarabağın Lələtəpə yüksəkliyində, o cümlədən Cəbrayıl rayonunun Cocuq Mərcanlı və Naxçıvan Muxtar Respublikasının Günnüt kəndlərində, Qızılqaya zirvəsində qürurla dalğalanırdısa, bu gün artıq dağlı-aranlı cənnət Qarabağımızın Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərlərində, Hadrut, Mincivan, Ağbənd qəsəbələrində və 200-dən artıq yaşayış məntəqələrimizdə göylərə ucalır.

Noyabrın 8-də dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu sevincimizə Qarabağın incisi, musiqimizin, ədəbiyyatımızın beşiyi, qədim tarixi şəhərimiz Şuşanın da işğaldan azad olunması xəbərini əlavə etdi. Artıq bu gün - 9 noyabr Dövlət Bayrağı Günündə Azərbaycanın üçrəngli bayrağı doğma Qarabağımızın işğaldan azad edilmiş Şuşa şəhərində qürurla dalğalanır. Qürurla qeyd edirik ki, tariximiz yenidən yazılır. Artıq torpaqlarımızın işğal olunma tarixi işğaldan azad edilmə tarixi ilə əvəzlənir. Azərbaycan Ordusu Qarabağın əzəli Azərbaycan torpağı olduğunu bir daha dünyaya sübut edir, BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra edir. Xalqımız tam əmindir ki, işğal altında olan digər torpaqlarımız da Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, ordumuzun gücü, qüdrəti sayəsində azad olunacaq, müqəddəs bayrağımiz bütün Azərbaycanda dalğalanacaq.

Vüqar Rəhimzadə bildirib ki, şəhidlərimizin, erməni terrorunun qurbanı olan mülki vətəndaşlarımızın qanı yerdə qalmır, ordumuz onların qisasını döyüş meydanında alır: “Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan noyabrın 8-də Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin məzarını ziyarət edərək, Şəhidlər xiyabanından Azərbaycan xalqına müraciətinin təsadüfi olmadığını bildirdi. Şəhidlərimizin, erməni vəhşiliyinə tuş gələn digər soydaşlarımızın, Xocalı qurbanlarının qanı yerdə qalmır. Möhtərəm Prezidentimiz, eyni zamanda, bu fikri böyük qürurla qeyd etdi ki, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”

V.Rəhimzadə onu da əlavə edib ki, bu gün ən yüksək zirvələrdə dalğalanan, küçə və meydanlarımızı, paytaxt və bölgələrimizi, şəhər və kəndlərimizi, qəsəbələrimizi bəzəyən, sentyabr ayının 27-dən bu günədək qələbə sevincimizin müjdəçisi olan üçrəngli bayrağımız dövlətimizin gücünü və xalqımızın milli birliyini, həmrəyliyini nümayiş etdirir: “Bir daha bütün dünyaya sübut edirik ki, biz böyük, məğrur xalqıq! Biz yenilməz xalqıq! Bu gün Azərbaycan xalqı bir yumruq kimi birləşib! Bu birlik əbədidir! Bu gün bu əminliyi də böyük inam və qürurla ifadə edirik ki, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev tarixə 2020-ci ilin Zəfər Sərkərdəsi, Azərbaycan Ordusu ən güclü və döyüş ruhlu Ordu, Azərbaycan xalqı isə ən qəhrəman Xalq kimi yazılacaq. Qarşıdakı illərdə bu birlik yeni-yeni hədəflərə yol açmaqla yanaşı, onların uğurlu icrasını təmin edəcək. Azərbaycan Ordusunun zəfər yürüşü davam edir. Eşq olsun, Müzəffər Ali Baş Komandana! Eşq olsun, yenilməz Azərbaycan Ordusuna! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rumıniya sərhədi yaxınlığında hava hədəfi aşkarlanıb, iki F-18 qırıcısı havaya qaldırılıb

Bərdədə baş vermiş ölüm faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib

Böyük Qayıdış: Daha 19 ailə Xocalı və Ağdərəyə qayıdıb

TƏBİB: Həkim qəbuluna onlayn növbənin əldə edilməsi üçün ödəniş tələb olunmur

ABŞ 1 sentlik sikkənin istehsalını dayandırır

“flydubai” uçuş zamanı təyyarədə insident baş verdiyini təsdiqləyib

Xaçmazda məktəblini avtomobil vurub

Transxəzər boru kəməri layihəsi yenidən aktuallaşır

Baş Prokurorluq: 11 nəfərin zəhərlənməsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB 2

Xatirə Hüseynova: “X nəslinə uzun mətn, Z nəslinə 30 saniyəlik video” yanaşması stereotipə çevrilir – ŞƏRH

Azərbaycan enerji ixracatçısından çoxfunksiyalı bağlantı mərkəzinə çevrilir - ŞƏRH

Professor: Arxeoloji tədqiqatlarda əsas meyar faktlardır

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

Hidayət Cəfərov: Ömrümün 56 ilini Qarabağın qədim abidələrinin öyrənilməsinə həsr etmişəm

Slovakiya ilə məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi həyata keçiriləcək

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

Neft qiymətləri sentyabrı artımla tamamlamağa hazırlaşır

Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNƏCƏK

Parlament cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında İkinci Əlavə Protokolu təsdiqləyib

Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb

Milli Məclis Azərbaycan və İordaniya arasında imzalanan viza tələbindən azad edilmə barədə sazişi təsdiqləyib

Ekspert: Müəllim üçün süni intellekt köməkçisinin yaradılması tədrisə mühüm dəstək verə bilər

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi

Fransanın məşhur klubu 1 avroya satılıb

Vergi Məcəlləsində startaplarla bağlı bəzi güzəştlər tətbiq olunacaq

Qızılın qiyməti sentyabrı itki ilə tamamlayır

Gövhər Baxşəliyeva: Hidayət Cəfərov öz təcrübəsini yeni nəsillərə ötürür

Rusiya “ADEX-2026” sərgisində 730 adda hərbi təyinatlı məhsul təqdim edir

Bakıda Xoca Əhməd Yəsəvinin irsinə həsr olunmuş beynəlxalq sərgi - “Mavi günbəzin sirri”

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Cəfərabad türbəsi

Şahmar Mövsümov: Qanun layihəsinin yenidən baxılmaq üçün Milli Məclisə qaytarılması onun müddəalarının təkmilləşdirilməsinə imkan yaradıb

Kərim Şükürov: Azərbaycan arxeologiyası yalnız regional deyil, dünya miqyasında da mühüm yer tutur

Çində robotlar arasında basketbol yarışı keçiriləcək

Bakı Ali Neft Məktəbinin tələbələri “TEXNOFEST” festivalında yeni uğurlar qazanmaq niyyətindədirlər

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqə üzrə test imtahanı oktyabrın 9-da keçiriləcək

Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb

Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir

Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb

Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir

Ruhəngiz Heydərova: Hidayət Cəfərovun Azərbaycan arxeologiyasına töhfələri xüsusi əhəmiyyət daşıyır

Fərhad Quliyev: Hidayət Cəfərov Qarabağ arxeologiyasının tədqiqində mühüm xidmətlər göstərib

Almaniyada çirkli pulların yuyulmasında şübhəli bilinən şəbəkəyə qarşı əməliyyat keçirilir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 30 sentyabr

Azərbaycanın investisiya imkanları xarici investorların marağını artırır - ŞƏRH

Azərbaycanın süni intellekt sənayesi Qazaxıstandakı “AI&Digital Bridge 2026” forumunda təmsil olunacaq - ŞƏRH

Qlobal valyuta bazarında əsas amil aparıcı mərkəzi bankların faiz siyasətidir - ŞƏRH

Bolqarıstan klubunun rəhbər şəxslərindən biri Plovdivdə güllələnərək öldürülüb

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Ötən ay 87 milyon manat məbləğində xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib

Azərbaycanlı tələbə Rusiya hökumətinin təqaüdünü qazanıb

Azərbaycanda Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri istifadəyə verilib

Ekspert: Kənd təsərrüfatının inkişafı ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına şərait yaradır

AzTU Azərbaycandan “THE” dünya reytinqinə daxil olan 5 universitetdən biridir

Azərbaycan mətbəxinin ənənəvi dadları Fransada: Bahar Ağamalovanın kulinariya yolu

DSMF fəaliyyətinin 34-cü ilini qeyd edir

Qarabağ: arxeoloji mədəniyyətlər qovşağında - beynəlxalq elmi konfrans

Dövlət Vergi Xidmətinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

GECF: Avqustda Yaxın Şərqdə təbii qaz və LNG istehsalı illik müqayisədə üçdəbir nisbətində azalıb

Qusarda şəhidlərin xatirəsi anılıb

Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq

İraq hökuməti ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın missiyasının başa çatdığını elan edib

Səkkiz ayda icbari tibbi sığorta ilə 66 milyon xidmət göstərilib

Qaçırıldığı ehtimal edilən “Flydubai” təyyarəsi Səudiyyə Ərəbistanına enib - YENİLƏNİB

Sahibə Qafarova: 44 günlük Vətən müharibəsində qazanılan Qələbə mühüm tarixi nailiyyətdir

® Startaplar ölkəsi: “ICT Week Uzbekistan” forumunun Mərkəzi Asiyada texnologiya sektorunun inkişafı barədə göstərdikləri

Yaxın Şərqdə gərginliyin artması LNG axınları və qiymətlər üçün əlavə risklər yaradır - HESABAT

Kitab sərgisi, yeni nəşrlər və doktorantura - Elmi Şura

Məhkəmə-Hüquq Şurasının iclasında Hakimlərin Seçki Komitəsinin müraciətinə baxılıb

BDYPİ “Təmiz hava” aylığı ilə bağlı sürücülərə çağırış edib

Türkiyəli baş məşqçi: Azərbaycan gözəl dostluqlarımın və xatirələrimin olduğu ölkədir – MÜSAHİBƏ

AMEA-da rəqəmsal inkişaf: ilk dəfə Ədəbiyyat İnstitutunda yeni sistem tətbiq olunur

Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb

AMEA ilə Pakistanın Şimal Universiteti arasında anlaşma memorandumu imzalanıb

DİN: Ötən gün 56 cinayətin açılması təmin olunub

Türkiyədə “TEKNOFEST - Cənub-Şərq” festivalı təşkil olunub

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir VİDEO

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir VİDEO

Ədəbiyyat İnstitutunun loqotipi yenilənib

Müdafiə naziri: Ordumuzun ən müasir silah sistemləri ilə təchizatına xüsusi əhəmiyyət veririk

Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır

Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb – YENİLƏNİB

Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

“Qlobal İnnovasiya İndeksi – 2026” dərc edilib

Yaxın Şərqdən neft axınları normal vəziyyətə qayıdır

“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər

Fərid Qayıbov: Formula 1 layihəsi Azərbaycanda qeyri-neft sektorunun inkişafına töhfədir

UNEC “THE WUR 2027” reytinqində ölkədə birincidir

İnvestisiya Forumu diqqəti iqtisadi əlaqələrin və təchizat zəncirlərinin yenidən formalaşmasına yönəltdi – ŞƏRH

Növbəti rəqəmsal SAT imtahanı oktyabrın 3-də təşkil olunacaq

“Kopernik”: Bu il dünya əhalisinin təxminən 40 faizi ozon çirklənməsinə məruz qalıb

Dövlət qurumlarının əməkdaşları üçün süni intellekt savadlılığı üzrə təlimlər davam edir

Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür

Taksi sürücüləri üçün test imtahanına 1680 nəfər qeydiyyatdan keçib