“Udineze” klubu yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
Bakı, 27 aprel, AZƏRTAC
İtaliyanın “Udineze” klubu yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib.
AZƏRTAC xəbər verir ki, A Seriyası təmsilçisi ABŞ klubu “Çinçinnati”dən braziliyalı hücumçu Brenneri transfer edib. Bu barədə MLS təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
İyirmi üç yaşlı futbolçu iyuladək “Çinçinnati”də oynamağa davam edəcək. O, “Udineze”yə yay transfer pəncərəsi açılandan sonra qoşulacaq.
2021-ci ildən ABŞ klubunda çıxış edən futbolçu 72 oyuna 27 qol vurub. O, daha öncə Braziliyanın “San Paulo” və “Fluminense” klublarının da uğurları üçün çalışıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:28]
Saatlıda gənclərin kompüter savadlılığının artırılması müzakirə olunub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]