UEFA Avropa Liqası: “Qarabağ” - “Olimpiakos” oyununun birinci hissəsi başa çatıb
Bakı, 13 oktyabr, AZƏRTAC
Bakıda UEFA Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində keçirilən “Qarabağ” - “Olimpiakos” oyununun birinci hissəsi başa çatıb.
AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda oynanılan matçın birinci hissəsində hesab açılmayıb.
Qrupun digər görüşündə Almaniyanın “Frayburq” klubu Fransada “Nant” komandasının qonağıdır. Hazırda Almaniya klubu 1:0 hesabı ilə öndədir.