UEFA Avropa Liqasının dörddəbir final mərhələsinin cütlükləri müəyyənləşib
Bakı, 16 mart, AZƏRTAC
Martın 16-da futbol üzrə UEFA Avropa Liqasının dörddəbir final mərhələsinin püşkü atılıb.
AZƏRTAC xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən püşkatma mərasimində cütlüklər müəyyənləşib. Püşkü Avropa Liqasının final matçının səfiri Erik Abidal çəkib.
Püşkatmanın nəticələri aşağıdakı kimidir:
“Leyptsiq” (Almaniya) - “Olimpik Marsel” (Fransa)
“Arsenal” (İngiltərə) - “ÇSKA” (Moskva, Rusiya)
“Atletiko” (Madrid, İspaniya) - “Sportinq” (Portuqaliya)
“Latsio” (İtaliya) - “Zalsburq” (Avstriya)
İlk oyunlar aprelin 5-də, cavab qarşılaşmaları isə aprelin 12-də olacaq. İlk qarşılaşmalar adları birinci göstərilən komandaların meydanlarında keçiriləcək. Avropa Liqasının yarımfinal mərhələsinin püşkü aprelin 13-ü İsveçrənin Nyon şəhərində keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [18:54]
Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib
- 01.10.2026 [17:22]
Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub
- 01.10.2026 [17:02]
Azərbaycan – Lixtenşteyn oyununa 4500 bilet satılıb
- 01.10.2026 [16:41]
Bakıda üzgüçülük üzrə Dünya Kuboku çərçivəsində fan zona təşkil edilib
- 01.10.2026 [16:15]
“Qarabağ” “Zirə” klubu ilə qarşılaşacaq
- 01.10.2026 [16:08]
“Nyukasl” 1988-ci ildən bəri ilk dəfə loqosunu yeniləyib
- 01.10.2026 [15:38]