UEFA Çempionlar Liqası: Messi qollarının sayını 10-a çatdırıb
Bakı, 7 dekabr, AZƏRTAC
Argentina millisinin və “Barselona” futbol klubunun forvardı Lionel Messi cari mövsüm UEFA Çempionlar Liqasında vurduğu qolların sayını 10-a çatdırıb.
AZƏRTAC xəbər verir ki, argentinalı hücumçu buna qrup mərhələsinin son turunda “Borussiya Mönhenqladbax” ilə qarşılaşmada fərqlənməklə nail olub.
Bununla da Messi Çempionlar Liqasının qrupunda 10 qol həddinə çatan ikinci futbolçu olub. Rekord ötən mövsüm qrupu 11 qolla tamamlayan “Real Madrid”in portuqaliyalı hücumçusu Kriştianu Ronaldoya məxsusdur.
Argentinalı ulduz Çempionlar Liqasında ümumi qollarının sayını isə 93-ə çatdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]
FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]