UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin püşkü atılıb
Bakı, 16 mart, AZƏRTAC
Martın 16-da UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin püşkü atılıb.
AZƏRTAC xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən püşkatma mərasimində rəqiblər müəyyənləşib. Püşkü Çempionlar Liqasının final matçının səfiri Andrey Şevçenko çəkib.
Püşkatmanın nəticələri aşağıdakı kimidir:
“Barselona” (İspaniya) - “Roma” (İtaliya)
“Sevilya” (İspaniya) - “Bavariya” (Almaniya)
“Yuventus” (İtaliya) - “Real Madrid” (İspaniya)
“Liverpul” (İngiltərə) - “Mançester Siti” (İngiltərə)
İlk oyunlar aprelin 3-4-də, cavab qarşılaşmaları isə aprelin 10-11-də olacaq. Çempionlar Liqasının yarımfinal mərhələsinin püşkü aprelin 13-də İsveçrənin Nyon şəhərində atılacaq.
Xatırladaq ki, dördəbir final mərhələsinə üç ispan, iki ingilis, iki italyan və bir alman klubu vəsiqə qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [18:54]
Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib
- 01.10.2026 [17:22]
Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub
- 01.10.2026 [17:02]
Azərbaycan – Lixtenşteyn oyununa 4500 bilet satılıb
- 01.10.2026 [16:41]
Bakıda üzgüçülük üzrə Dünya Kuboku çərçivəsində fan zona təşkil edilib
- 01.10.2026 [16:15]
“Qarabağ” “Zirə” klubu ilə qarşılaşacaq
- 01.10.2026 [16:08]
“Nyukasl” 1988-ci ildən bəri ilk dəfə loqosunu yeniləyib
- 01.10.2026 [15:38]