UEFA KİYEV STADİONUNUN VƏZİYYƏTİNDƏN NARAHATDIR
AZƏRTAC Ukrayna KİV-lərinə istinadla xəbər verir ki, UEFA-nın tələblərinə görə, stadionun ətrafındakı ərazi oyundan həm əvvəl, həm də sonra tamaşaçıların hərəkətinin təhlükəsizliyini təmin etməlidir. Uoker demişdir: “Kiyev hökuməti UEFA-ya sertifikat verərək təsdiqləməlidir ki, o, futbol görüşü zamanı və ondan sonra stadionda olan şəxslərin təhlükəsizliyinin təmin edilməsi üçün öz üzərinə məsuliyyət götürür”.
“Olimpiyski” stadionu qarşısında iri ticarət-əyləncə mərkəzi tikilir. Bu obyekt gələcəkdə həmin idman qurğusunun həm Olimpiya statusundan, həm də milli statusdan məhrum olmasına gətirib çıxara bilər. Üstəlik, ticarət-əyləncə mərkəzi 2012-ci il Avropa çempionatını birgə keçirmək hüququ uğrunda mübarizədə Ukrayna və Polşanın imkanlarını xeyli azalda bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [17:46]
Yəməndə köçkünlərin sayı 200 mini keçib
- 07.10.2026 [17:37]
Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb
- 07.10.2026 [16:24]
Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb
- 07.10.2026 [15:41]