UEFA MİLLİ FEDERASİYALARIN RƏHBƏRLƏRİNİN İŞTİRAKI İLƏ MÜŞAVİRƏ KEÇİRMİŞDİR
Müşavirədə iştirak etmiş AFFA-nın baş katibi Fuad Əsədov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, FİFA-nın mövcud reqlamentinə görə, klublar futbolçuları milli yığmaların tərkibində oyunlarda iştirak üçün buraxmalıdırlar. Lakin Avropanın 14 ən güclü klubu reqlamentin bu bəndinə yenidən baxılmasını tələb etmişdir. Bunu onunla əsaslandırmışlar ki, oyunçular öz milli yığmalarının tərkibində çıxışlar zamanı ciddi zədə ala bilərlər. Onlar buna misal olaraq, Mərakeş yığmasının oyunçusu Ədbülməcid Ulmersin başına gələn hadisəni göstərmişlər. O, ölkəsinin yığma komandasının heyətində oynayarkən ciddi zədə almışdır.
Fuad Əsədovun sözlərinə görə, müşavirə iştirakçıları klubların təklifinin əleyhinə çıxmış və bildirmişlər ki, dünya futbol təşkilatının reqlamentinin dəyişməzliyi barədə FİFA və UEFA-nın mövqeyini dəstəkləyirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:43]
Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib
- 30.09.2026 [12:54]
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
- 30.09.2026 [12:49]
Fransanın məşhur klubu 1 avroya satılıb
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [10:46]
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
- 30.09.2026 [10:33]