UEFA prezidenti: Səudiyyə klublarına keçən futbolçuları qınamıram
Bakı, 24 yanvar, AZƏRTAC
“Avropa futbolunun çox dərin kökləri var. O, mədəniyyətimizin, tariximizin bir parçasıdır və satın alınması mümkün deyil”.
AZƏRTAC xəbər verir ki, bu sözləri UEFA prezidenti Aleksander Çeferin Avropa və Səudiyyə Ərəbistanı futbolunu müqayisə edərkən deyib.
56 yaşlı funksioner bildirib ki, futbolçuların Səudiyyə Ərəbistanı klublarına keçidi onlara təklif olunan gəlirli müqavilələrlə bağlıdır: “Buna görə heç bir oyunçunu qınamıram və günahlandırmaq istəmirəm. Bəlkə də bu, karyeralarının sonuna yaxınlaşan futbolçular üçün yeni macəradır. Onlar bunun sayəsində çoxlu pullar qazana bilirlər”.
Qeyd edək ki, son illərdə Səudiyyə Ərəbistanı klublarına Kriştianu Ronaldu, Sadio Mane (hər ikisi “Əl-Nəsr”), Riyad Mahrez, Eduar Mendi, (hər ikisi "Əl-Əhli"), Malkom, Neymar ( hər ikisi "Əl-Hilal"), Nqolo Kante, Kərim Benzema, Fabinyo (hamısı “Əl-İttihad") kimi ulduz futbolçular keçiblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [20:18]
Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim
- 07.10.2026 [18:06]
Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:49]
Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq
- 07.10.2026 [17:30]
Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:17]
Fransanın tanınmış basketbol klubu müflis elan olunub
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]