“Üfüq” Karyera İnkişaf Proqramının 3-cü mərhələsinin nəticələri elan olunub
Bakı, 16 may, AZƏRTAC
“Üfüq” Karyera İnkişaf Proqramının 3-cü mərhələsi – Qabiliyyət imtahanının nəticələri elan olunub. 1124 namizədin iştirak etdiyi imtahanda 205 nəfər final mərhələsinə keçmək hüququ qazanıb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, qabiliyyət imtahanı 3 istiqamətdə testlərlə - Verbal, Rəqəmsal və Abstrakt təhlil üzrə aparılıb.
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi və “Yüksəliş” İctimai Birliyi arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən “Üfüq” Karyera İnkişaf Proqramının əsas məqsədi Kənd Təsərrüfatı Nazirliyində potensialı yüksək əməkdaşları aşkara çıxarmaq və onların karyera inkişafına şərait yaratmaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [16:04]
Astanadakı xatirə lövhəsi Qazaxıstan-Azərbaycan dostluğunu xatırladır
- 09.06.2026 [15:56]
Təcili tibbi yardım əməkdaşları üçün praktiki təlim təşkil olunub
- 09.06.2026 [15:48]
Vyetnamın Baş prokuroru “ASAN xidmət”də
- 09.06.2026 [15:42]
Bank kartı və mobil nömrə ilə identifikasiya - ekspert risklərdən danışıb
- 09.06.2026 [15:01]