Ukrayna Ali Radasının qarşısında Arsen Avakovun istefası tələbi ilə mitinq keçirilir
Kiyev, 5 iyun, AZƏRTAC
Ukrayna Ali Radasının qarşısında 400-ə yaxın insan Daxili işlər naziri Arsen Avakovun istefaya göndərilməsi tələbi ilə aksiya keçirir.
AZƏRTAC xəbər verir ki, aksiyaçılar Ali Radadan Avakovun istefaya göndərilməsini və hüquq-mühafizə orqanlarında islahatların aparılmasını istəyirlər. Aksiya iştirakçıları “Avakov, rədd ol!”, “0 faiz ictimai etimad” və digər şüarlar səsləndirirlər. Bir neçə saatdan sonra eyni tələblə hökumət binası qarşısında da mitinq keçirilməsi gözlənilir.
Qeyd edək ki, bu gün Ali Radanın iclasında Ukrayna Daxili İşlər Nazirliyinin fəaliyyətinə dair hesabat dinlənilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:13]
Yaponiyada qida istehlakı vergisi azaldır
- 09.10.2026 [14:01]
Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]
Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb
- 09.10.2026 [11:36]