Ukrayna gimnastları ayrı-ayrı alətlər üzrə yarışlarda bürünc medallara sahib olublar
Bakı, 28 aprel, AZƏRTAC
Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə dünya kuboku turnirində qrup hərəkətləri komandaları arasında 5 top, 3 halqa və 2 cüt gürzlə yarışlarda ən güclülər müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, 5 topla yarışlarda Rusiya yığması 24.850 xalla birinci, Yaponiya millisi 24.450 xalla ikinci, Ukrayna təmsilçiləri 24.350 xalla üçüncü olublar. Üç halqa və 2 cüt gürzlə hərəkətlərdə isə Bolqarıstan gimnastları (25.550 xal) qızıl, Rusiya atletləri (25.250 xal) gümüş, Ukrayna təmsilçiləri (25.150 xal) bürünc medal qazanıblar.