UKRAYNA KOMANDASI 19 YAŞLI FUTBOLÇULAR ARASINDA AVROPA ÇEMPİONUDUR
Bakı, 3 avqust (AZƏRTAC). Ukrayna yığma komandası 19 yaşlılar arasında futbol üzrə Avropa çempionatının qalibi olmuşdur.
Avropa birinciliyinin avqustun 2-də Donetsk şəhərində keçirilən final matçında Ukrayna futbolçuları İngiltərə yığmasını 2:0 hesabı ilə məğlubiyyətə uğratmışlar.
Bu, gənclərdən ibarət Ukrayna yığmasının Avropa birinciliyi tarixində ilk qələbəsidir. 19 yaşınadək futbolçular arasında Avropa çempionatı iyulun 21-dən avqustun 2-dək Ukraynanın Donetsk və Mariupole şəhərlərində keçirilmişdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]