UKRAYNA MİLİSİ DARÇİK XAÇATURYANI AXTARIR
Oktyabrın 23-də səhər saat 4.00 radələrində “Tekstilşik” mikrorayonunda Dövlət Avtomobil Müfəttişliyinin “Qroza” yol-patrul xidmətinin xüsusi bölmələri KİA “Sefiya” markalı avtomobili yoxlamaq üçün dayandırmışlar. Sürücüdən savayı maşında kişi və qadın vardı. Maşın nəzərdən keçirilərkən kişi sərnişin qəflətən hüquq mühafizə orqanlarının nümayəndələrinə atəş açmışdır. Atışma zamanı 34 yaşlı milis leytenantı Valeri Şerban yerindəcə həlak olmuş, DAM-ın üç əməkdaşı yaralanmışdır. Cinayətkarlardan biri yaxalanmış, qalanları isə maşını ataraq qaça bilmişlər. Onlardan birinin şəxsiyyəti müəyyənləşdirilmişdir. O, dəfələrlə məhkum olunmuş, Eduard Levonoviç Nazaryanın adına saxta sənəd gəzdirən 30 yaşlı Darçik Xaçaturyandır.