Ukrayna Milli Qvardiyası səfərbərlik yaşını azaltmağa çağırıb
Bakı, 26 iyul, AZƏRTAC
Ukraynanın hakimiyyət orqanları cəbhə xəttindəki bölmələrdə kadr çatışmazlığını aradan qaldırmaq üçün səfərbərlik yaşını 25-dən 22-yə endirməlidir.
AZƏRTAC xəbər verir ki, Ukrayna Milli Qvardiyasının “Rubej” briqadasının kəşfiyyat zabiti Vitali Litvin bu fikri Kiyev-24 telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, xidmət etdiyi bölmədə döyüş tapşırığını səmərəli yerinə yetirən 19 yaşdan 50 yaşadək könüllülər olub.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski aprel ayında orduya çağırış yaşının 27-dən 25-ə endirilməsi barədə qanun layihəsini imzalayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]
Efiopiyada Tiqray bölgəsinə altı aylıq keçid administrasiyası yaradılıb
- 16.10.2026 [17:04]
İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır
- 16.10.2026 [17:00]