Ukrayna ordusuna yeni tank və artilleriya mərmiləri çatdırılıb
Kiyev, 11 aprel, AZƏRTAC
“Ukroboronprom” dövlət konserni ordunun ehtiyacları üçün 125 mm-lik tank mərmiləri və 122 mm-lik artilleriya döyüş sursatlarının yeni partiyalarını göndərib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Ukroboronprom”un saytı məlumat yayıb.
“Göndərilmiş 125 mm-lik tank mərmilərinin partiyasından sonra 122 mm-lik artilleriya mərmilərinin daha bir partiyası orduya təhvil verilib”, - deyə məlumatda deyilir.
Hər iki mərmi növü Ukrayna tərəfindən NATO ölkələri ilə birgə xarici obyektlərdə, lakin Ukrayna texnologiyasına uyğun və yerli mütəxəssislərin cəlb edilməsi ilə istehsal olunur.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [13:10]
Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?
- 07.10.2026 [13:01]
Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir
- 07.10.2026 [12:33]
ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb
- 07.10.2026 [12:26]
Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb
- 07.10.2026 [12:05]
Fransada qadınlara çağırış edildi: Oktyabrın 13-də iş dayandırılır
- 07.10.2026 [12:00]