UKRAYNA VƏ İORDANİYA ƏMƏKDAŞLIĞI GENİŞLƏNDİRİRLƏR
İordaniyanın sənaye və ticarət naziri Şərif əl-Zubi bildirmişdir ki, iki ölkə arasında yaxşı siyasi əlaqələr var, indi isə iqtisadi münasibətləri möhkəmləndirmək lazımdır. İmzalanmış sazişlər gələcək ticarət-iqtisadi əməkdaşlığın hüquqi əsaslarını qoyur.
Nazir demişdir ki, Ukrayna biznesmenləri ilə qarşılıqlı surətdə faydalı əlaqələr yaradılması üçün Kiyevə onun ölkəsinin özəl sektorunun təmsilçilərindən ibarət böyük nümayəndə heyəti gəlmişdir. İordaniya Ukraynadan metal, polad və taxta-şalban almaq istəyir, özü isə Ukrayna bazarına əczaçılıq məhsulları, gübrə, digər mallar göndərməyə hazırdır.
Xatırladaq ki, İordaniya əczaçılıq məhsulları istehsalı sahəsində ərəb ölkələri arasında liderdir. Əmman bu məhsulları bir çox ölkəyə, o cümlədən Birləşmiş Ştatlara ixrac edir. İxracın illik həcmi 300 milyon dollardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:41]
Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb
- 07.10.2026 [15:02]
Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb
- 07.10.2026 [15:01]
Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb
- 07.10.2026 [14:58]
Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb
- 07.10.2026 [14:52]
ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq
- 07.10.2026 [14:47]
Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib
- 07.10.2026 [14:18]